AZ EN RU

Türk astronavtın ilk sözü Mustafa Kamal Atatürkün "İstiqbal göylərdədir" olub

Bu gün ilk türkiyəli astronavt Alper Gezeravcı Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

Astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq.

Kosmosa səyahət nəticəsində 13 fərqli elmi təcrübə aparılacaq. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elmlər sahələrini əhatə edəcək. Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.

Nəşr edilib : 19.01.2024 11:16