AZ EN RU

Turizm Departamentinin internet saytı “GOV.AZ” zonasına köçürülüb

    Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin elektron informasiya resursu yeni “ntourism.gov.az” domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.
      Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenilənmiş internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin ediləcəkdir. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar

 Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.07.2023 11:18