AZ EN RU

"Tullantıları tinglərə dəyiş" aksiyası keçirilib

Torpaq çərşənbəsinə və yaşıl dünya naminə həmrəylik ilinə “Tullantıları tinglərə dəyiş” aksiyası ilə töhfə verilib.
Məişət tullantılarının təkrar emala yönləndirilməsi, ölkə ərazisində yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 62 ünvanında yerləşən “Limon” supermarketin qarşısında keçirilib.
Aksiyada yüksək fəallıqla iştirak edilib.
​Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 350 litr olan plastik, 50 litr şüşə tullantı və 40 ədəd işlənmiş batareya təhvil verilib.
  ​Vətəndaşları ağac əkməyə və tullantıları çeşidləmə vərdişinin formalaşmasına təşviq etmək məqsədilə aksiya iştirakçılarına tullantılar qarşılığında Nazirliyin tinglik sahələrində yetişdirilən 100 ədəd alma, armud, badam, heyva, sərv, ərik və tuya tingi paylanılıb.
Qeyd edək ki, paylanılan ağac tingləri Nazirliyin tinglik sahəsində yetişdirilir.
Hər kəsi  aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək bu cür aksiyalardan yararlanmağa çağırırıq. 

Nəşr edilib : 19.03.2024 16:38