AZ EN RU

TotalEnergies Azərbaycan İcraçı Direktor və ölkə üzrə sədri Reqis Aqut: "Naxçıvan möhtəşəm diyardır"

Naxçıvan möhtəşəm diyardır. Burda olduğum üçün şadam. Biz inanırıq ki, Naxçıvanın innovativ enerji sahəsində böyük potensialı var. Biz muxtar respublika ərazisində günəş panellərinin quraşdırılmasında maraqlıyıq və bu sahədə araşdırma işlərini sürətlənirməyi ümid edirik. İmzaladığımız memorandum da bu potensialı araşdırmağa hesablanıb. Ümid edirəm ki, bu layihə Naxçıvanı yaşıl enerji zonasına çevirəcək və böyük ixrac potensialı yaranacaq.

Nail Əsgərov

Nəşr edilib : 03.06.2023 15:20