AZ EN RU

Torpaqların su təminatının yaxşılaşdırılması işləri diqqətdə saxlanılır

    Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin sentyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüş, hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin sentyabr ayının sonuna 70,47 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə sentyabr ayı ərzində 8,32 milyon kubmetr su verilmiş, bunun müqabilində 6 min 779 hektar torpaq sahəsi suvarılmışdır.

    2023-cü ilin ötən ayı ərzində 14,06 kilometr beton və torpaq kanallar, 17,12 kilometr ara arxlar, 2,9 kilometr kollektor lildən təmizlənmiş, 1,96 kilometr içməli su, 0,19 kilometr kanalizasiya xətləri çəkilmiş, 5,95 kilometr mövcud içməli su xətlərində, 0,03 kilometr kanalizasiya xətlərində, 2,16 kilometr suvarma boru xətlərində, 1,59 kilometr təzyiqli boru xətlərində, 0,27 kilometr kaptajlarda, 0,22 kilometr isə açıq drenajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
    Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Püsyan kollektorunda 2,9 kilometr lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunun 35 hektar, Babək rayonunun isə 4,4 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində 0,1 kilometr mövcud yaşıllıq zolaqlarının suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır.
    Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “S.Vurğun”, “Qarahəsənli”, “Qorçulu”, “Dərəkənd” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,87 kilometr, Babək rayonunda “Araz-1”, “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,07 kilometr, Şahbuz rayonunda “Daylaqlı”, “Şahbuzkənd”, “Yeni” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,09 kilometr, Culfa rayonunda “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının, Bənəniyar su anbarının təzyiqli boru xətlərində və Culfa şəhər içməli su xəttinin təzyiqli boru xətlərində 0,25 kilometr, Sədərək rayonunda “Sədərək-1”, “Sədərək-2”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,07 kilometr, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan”, “Qaraçuq-1”, “Sərhəd dəstəsi”, “Y.Cabbarov” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,11 kilometr təmir-bərpa işləri aparılmışdır. 
    2023-cü ilin sentyabr ayı ərzində 4 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 647 metr kürə təmizlənmiş, 16 metr saybənd hörülmüşdür. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 6 ədədinə yeni nasos quraşdırılmaqla 47 ədədi təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Sirab kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 1 subartezian quyusunun qazıntı işləri başa çatdırılmışdır.
    Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 3 ədəd nasos rotoru, 1 ədəd vakuum nasosu, 8 ədəd su sayğacı təmir olunmuş, 111 ədəd nasos hissəsi hazırlanmışdır.
    “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 41 evin içməli su xəttinə, 118 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı 
Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 23.10.2023 20:40