AZ EN RU

Torpaq yolda sürünən sülhməramlı oyunu

    Dünya nizamını 180 dərəcə dəyişdirəcək Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə girdiyi bir vaxtda, Cənubi-Qafqazda davamlı sülh yaradılması məqsədilə bu gün Azərbaycan dövləti tərəfindən irəli sürülən konstruktiv təkliflərin sabah, bəlkə də, olmayacağını yaxşı bilən ermənilər hələ də köhnə vərdişlərindən əl çəkmək istəmirlər. Haradasa bir Roma imperatorunun baş çobanı olmuş mifik Tiqrana xas həyat tərzi keçirən haylar onlara hamar yolla verilmiş sülh təklifləri üzərində düşünməkdənsə, köhnə torpaq yollarda sürünməkdə hələ çox istəklidirlər. Moskvanın ətəyindən yapışıb çirkin niyyətlərinin ardınca daşlı-torpaqlı, kələ-kötür yollarda bəd əməllər axtaran dünyanın bu ən sarsaq insanları ruslara verilmiş 5 illik sülhməramlı dövrünün bitməsindən sonra görəsən kimə sığınacaqlar?
    Şübhəsiz, Rusiyadan başqa ermənilərin ABŞ, Fransa, İran, Livan, hətta uzaq Argentina kimi səpələndikləri hər yerdə pitekantroplara xas göstərdikləri davranışlara görə dəstəkçiləri tapılacaq. Amma gələcəkdə onların Cənubi-Qafqaza indikindən daha az dil uzadacaqlarını bildikləri halda ermənilərin bu meymun vərdişlərindən əl çəkməməsinin səbəbi nədir, görəsən? 
    Dünya tarixində dövlətlərin inkişaf mərhələlərinə baxdıqda burada sülhsevər və hərtərəfli inkişaf etmiş güclü qonşu faktorunun ən mühüm səbəblərdən biri olduğunu asanlıqla görmək mümkündür. Ortaq ticarət, turizm və digər iqtisadi-mədəni əlaqələr prizmasından baxdıqda bu gün Avropa, Şimali Amerika və ya Uzaq Şərqdəki ölkə­lərin bir-biri ilə nə dərəcədə bağlı olduqlarını qeyd edə bilərik. Eləcə də ölkəmizin Naxçıvan Muxtar Respublikası ərazisində qardaş Türkiyə ilə cəmi 11 kilometrlik bir ortaq sərhədinin olmasının hər iki xalq üçün “Bir millət, iki dövlət” tandemi yarada bilmək baxımından nə qədər şanslı olduğunu da deyə bilərik. Ancaq təəssüf ki, bu gün cənub qonşumuzda meydan sulayan molla rejimi, şimal qonşumuz Rusiyadakı imperialist xislətlərin, qərb qonşumuz Ermənistanın isə başdan-başa dəngəsiz, aqressiv və etibarsız dövlət olması reallığı ilə üz-üzəyik. Üstəlik, İrandakı mollaların heç bir zaman Qətərdəki kimi zəngin və səxavətli, Rusiyanın heç bir zaman Ukrayna kimi sülhsevər, Ermənistanın da Gürcüstan kimi arzuedilən qonşular olmayacağını bildiyimizdən bu gün dövlət başçımızın apardığı siyasətin məqsədi də məhz bu qədər mürəkkəb mühitdə ölkəmizi gündən-günə gücləndirməklə tam müstəqil siyasi güc halına gətirməkdir. Bunun üçün hər cür siyasi platformalarda yaranmış fürsətləri sülh və əməkdaşlıq dialoquna çevirmək üçün göstərilən səylər məhz bu məqsədə xidmət edir. 
    Revanşist Ermənistanın Rusiyaya, onun dırnaqarası sülhməramlısına bu cür bağlı olaraq ənənəvi torpaq yollarda sürünməsinin, əslində, üç yüz ilə yaxın bir dövrdən gələn tarixi arxazəmini vardır. Bu qədər bir dövrdə heç bir müharibədən kənarda qalmamış Rusiyanın özündən dəfələrlə böyük ərazilərə sahiblik etməsindən ruhlanan ermənilər də köçürüldükləri torpaqlarda böyük bir dövlət yaratmaq xəyalları qurmuşlar. Yalan, fitnə, riyakarlıq, əlaltı olmaq kimi hər cür ləyaqətdən uzaq siyasət və fərdi davranışlara silahlanmış erməni toplusu məhz bu yolla onları alət etmiş imperialist güclərə xidmət ediblər. Fransanın Afrikada, Rusiyanın Əfqanıstanda, Amerikanın Vyetnamda, molla rejiminin isə Cənubi Azərbaycanda törətdiyi soyqırımını əzbərləyib, bu dəhşətlərin prototipini Xocalıda gerçəkləşdirən hayların adı bu gedişlə tarix kitabının ən qara səhifəsində yazılıb. Bu mənada, hazırda Rusiyanın ona tarixən ən bağlı ölkə olmuş Ukraynaya qarşı rüsvayçı işğalçılıq müharibəsi apardığı bir dövrdə hayların rus əsgərləri ilə Qarabağın torpaq yollarındakı çıxdıqları oyunlar qədim Hindistan saraylarında diz çökən erməni kənizlərinin sevdası qədər gülünc görünür. Axı sirr deyil ki, bu gün Ukraynada öldürülüb, Krımdakı krematoriya sobalarında cəsədi yandırılmaqdansa, Qarabağda “sülhməramlı” kimi hərbi xidmət keçmək hər bir rus gəncinin xəyalıdır. Bunun üçün isə rus ordusunun hərbi rəislərinə rüşvət vermək üçün pul lazımdır. Pul da 30 illik işğal dövründə Qarabağın təbii sərvətlərini, buradan didərgin düşmüş azərbaycanlıların evlərini divar daşına qədər söküb Arazın o tayındakı -zadehlərə, -dianlara, -purlara satmış ermənilərdə. Nə qədər istəyirsən! Elə bu günlərdə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması da belə rus-erməni işbirliyini ifşa edən növbəti rüsvayçılıqdır. 
    Artıq o dövrlər arxada qalmış, Qarabağ öz əzəli və əbədi sakinlərinə qovuşmuşdur. Müzəffər Azərbaycan əsgərinin qəhrəmanlıq dastanı yazdığı Zəfər yolu ilə hər gün yüzlərlə turist Şuşaya, ölkəmizin və Türk dünyasının mədəniyyət paytaxtına ziyarətə tələsir. İndi Qarabağa başladılan Böyük qayıdışa xidmət edəcək hava limanları, dəmir və avtomobil yolları burada yaşayacaq hər bir sakinin rahatlığı və təhlükəsizliyi üçün yaradılır. Lakin özünü sakin hesab etməyən, bəlkə də, keçmişdə törətdiyi cinayətlərə görə buna üzü olmayan ermənilər isə hələ də sülhməramlılarla birgə dərəarası torpaq yollarda sürünürlər. Baxaq, görək bu nə qədər sürəcək. Qabaqdan Qarabağın yaz yağışları gəlir... 

SAVALAN 

Nəşr edilib : 09.03.2023 17:08