AZ EN RU

Tivi kənd tam orta məktəbinin şagirdləri ekskursiyada olub

“Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə keçirilən tədbirlərə uyğun olaraq Ordubad rayonunun Tivi kənd tam orta məktəbində şagirdlər üçün ekskursiya təşkil edilib. Ekskursiya zamanı şagirdlər Tivi kəndinin ətraf ərazilərində olublar. Ekskursiya rəhbəri, Tivi kənd tam orta məktəbinin coğrafiya müəllimi Müseyib Bayramov şagirdlərə ekoloji tarazlığın qorunması, ətraf mühitin yaşıllaşdırılmasının insan sağlamlığına əhəmiyyətindən bəhs edib. Ekologiyanı qorumaq məqsədilə şagirdlər təbiətə atılan məişət tullantılarını toplayaraq təmizlik qutularına atıblar. Şagirdlərin böyük maraqla qarşıladığı ekskursiya zamanı onların sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

Gülcamal TAHİROVA

Nəşr edilib : 28.02.2024 15:51