AZ EN RU

Tikiş fabrikində yeni məktəbli formalarının istehsalına başlanılıb

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən növbəti tədris ilində ölkənin ümumtəhsil məktəblərində 4 cür geyim formasından istifadə olunacaq. Muxtar respublikanın ümumtəhsil məktəblərinin pedaqoji şurasının qərarına uyğun olaraq valideynlər övladları üçün həm ötən ilə qədər istifadə edilmiş formadan, həm də ölkə üzrə müəyyənləşdirilmiş məktəbli geyimlərindən ala bilərlər. Bu məcburi deyil və valideynlərin öz arzusu ilə ola bilər. 2024-2025-ci tədris ilindən isə ölkə üzrə tətbiq edilən geyim formalarından istifadə məcburi olacaqdır. Qeyd edək ki, valideynlər öz istəklərinə uyğun olaraq yeni məktəbli formasını da seçə bilərlər.  Bunun üçün  başqa yerlərdən geyim forması axtarışına çıxmağa ehtiyac yoxdur. 
   Naxçıvan şəhərində fəaliyyət göstərən tikiş fabrikində yeni məktəbli formalarının istehsalına başlanılıb. Fabrikdən aldığımız məlumatda qeyd olunur ki,  ölkənin ümumtəhsil məktəblərində istifadə olunacaq 4 cür geyim formasından ikisi bu fabrikdə tikilir. Valideynlər övladlarının təhsil aldığı məktəbin pedaqoji şurasının qərarına uyğun olaraq bu geyimlərdən ala bilər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.08.2023 15:12