AZ EN RU

Tikinti işlərinin keyfiyyətinə nəzarət diqqətdə saxlanılıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, ötən il dövlət nəzarəti zamanı 107 obyektə tikinti işləri dayandırılmadan yol verilən pozuntuların aradan qaldırılması barədə göstəriş, 48 obyektə təkrar göstəriş və 29 obyektə isə tikinti işlərinin dayandırılması barədə qərar verilib. 23 yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi ilə bağlı təqdim olunan layihələrə uyğun yaşayış sahələrinə baxış keçirilib və hazırlanan layihə əsasında aparılması nəzərdə tutulan işlər yerində təhlil olunub. Muxtar respublika ərazisində mövcud olan 62 qeyri-yaşayış obyektinin müayinə olunması ilə bağlı Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə edilən müraciətlərə aidiyyəti üzrə baxılıb.

Mətbuat xidmətindən qeyd edildi ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti bundan sonra da fəaliyyətini qarşıya qoyulan tələblər əsasında quracaq, əhalinin və ərazilərin təhlükəsizliyi naminə təxirəsalınmaz tədbirləri uğurla yerinə yetirəcəkdir.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 11.01.2024 20:30