AZ EN RU

Ticarət mərkəzlərində maarifləndirmə işi aparılır

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinin, satışının və istismarının qarşısının alınması, bununla bağlı sahibkarların əvvəlcədən məlumatlandırılması istiqamətində tədbirlərə başlayıblar. Adıçəkilən dövlət qurumlarının nümayəndələri Naxçıvan şəhəri ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərində olublar.
    Mütəxəssislər ticarət mərkəzlərində qızdırıcı elektrik və qaz cihazlarının standartların tələblərinə uyğunluğu, eləcə də sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların istismarına yol verilməməsi barədə mağazaların məsul şəxslərini və satıcılarını məlumatlandırıblar. 

Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.09.2022 20:21