AZ EN RU

Tibbi-profilaktik və əks-epidemik tədbirlər həyata keçirilir

    Naxçıvan Muxtar Respublikasında sanitar-epidemioloji xidmət orqanlarında aparılan islahatlara uyğun yeni infrastrukturun yaradılması və maddi-texniki bazanın gücləndirilməsi, ardıcıl aparılan əks-epidemik tədbirlər çərçivəsində səhiyyə sisteminin və sanitar-epidemioloji xidmətin yenidən qurulması, fəaliyyətin gücləndirilməsi, idarəolunan yoluxucu xəstəliklərə qarşı peyvənd işinin təşkili, dezinfeksiya, dezinseksiya, derartizasiya, delarvasiya tədbirlərinin ardıcıl və keyfiyyətlə aparılması ekoloji tarazlığın qorunması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət tədbirləri çərçivəsində geniş yaşıllıq zolaqlarının salınması, yeni su anbarlarının tikilməsi, muxtar respublika ərazisində epidemioloji şəraitin yaxşılaşdırılmasına və əksər yoluxucu xəstəliklərin ləğvinə səbəb olmuşdur.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixdə imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət proqramı təsdiq edilmişdir.
    Dövlət proqramının əsas məqsədi sanitar-epidemioloji sabitliyin qorunub saxlanılması, gigiyena və epidemiologiya tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, yoluxucu və parazitar xəstəliklərin yayılmasının qarşısının alınmasıdır. Dövlət proqramı, Naxçıvan Muxtar Respublikasında əhalinin sanitar-epidemioloji vəziyyətinin qorunması, sanitariya mədəniyyətinin formalaşmasına nail olmaq və epidemioloji xidməti müasir tələblərə uyğun qurmaq üçün əlverişli şərait yaratmışdır.

    Təsdiq edilmiş Dövlət proqramı muxtar respublikada sanitar-epidemioloji xidmətin daha keyfiyyətlə qurulub fəaliyyət göstərməsinə zəmin yaradır.
    İnfeksiyaların muxtar respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
    Müvafiq Tədbirlər Planına uyğun olaraq infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə sentyabr ayında da bütün təlim-təhsil müəssisələrində, şadlıq evlərində və bir sıra müəssisə və təşkilatlarda tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər aparılmışdır. 
    Tərtib edilən qrafik əsasında sentyabr ayının 1-dən 16-dək muxtar respublikanın paytaxtında və rayonlarında su obyektlərində, zibil və çirkab ərazilərdə və digər obyektlərdə dezinfeksiya işləri həyata keçirilmişdir. Belə ki, Naxçıvan şəhərində 134773 kvadratmetr, Şərur rayonunda 222015 kvadratmetr, Babək rayonunda 171355 kvadratmetr, Ordubad rayonunda 209430 kvadratmetr, Culfa rayonunda 193130 kvadratmetr, Şahbuz rayonunda isə 141140  kvadratmetr sahədə dezinfeksiya işləri həyata keçirilmişdir. Əks-epidemik tədbirlər digər rayonlarda da aparılmış, Kəngərli rayonunda 107500  kvadratmetr, Sədərək rayonunda 34780 kvadratmetr sahədə dezinfeksiya işləri həyata keçirilmişdir.
    Qeyd edək ki, tərtib edilən qrafik əsasında sentyabrın 21-dək Naxçıvan şəhərində, muxtar respublikanın rayonlarındakı təlim-tədris müəssisələri və şadlıq saraylarında, bir sıra müəssisə və təşkilatlarda da dezinfeksiya tədbirləri görülüb. 
    Naxçıvan şəhərində yerləşən ali, orta, orta ixtisas məktəbləri, şadlıq evləri və bir sıra müəssisə və təşkilatlar olmaqla cəmi 52 obyektdə 132036 kvadratmetr sahədə dezinfeksiya işləri aparılmışdır. Orta məktəblər, musiqi məktəbləri, şadlıq evləri və bir sıra müəssisə və təşkilatlar olmaqla Şərur rayonunda 69 obyektdə 220790 kvadratmetr sahədə, Babək rayonunda 52 obyektdə 164830 kvadratmetr sahədə dezinfeksiya işləri həyata keçirilmişdir.
    Ordubad rayonunda yerləşən 34 orta məktəb, şahmat məktəbi, Texniki peşə məktəbi, 2 musiqi məktəbi, şadlıq evləri və bir sıra müəssisə və təşkilatlar olmaqla 52 obyektdə 195840 kvadratmetr sahədə dezinfeksiya işləri aparılmışdır. Şahbuz rayonunda yerləşən 28 orta məktəb, 1 şadlıq evi və 9 müəssisə və təşkilat olmaqla, 38 obyektdə 140960 kvadratmetr sahədə də analoji tədbirlər həyata keçirilmişdir. Culfa rayonunda yerləşən orta məktəblər, 1 musiqi məktəbi, 1 şadlıq evi olmaqla, 86 obyektdə 138961 kvadratmetr sahədə, Kəngərli rayonunda yerləşən orta məktəblər, 1 şadlıq evi olmaqla cəmi 26 obyektdə 74700 kvadratmetr sahədə,  Sədərək rayonunda yerləşən orta məktəblər, 2  bağça, 1 şadlıq evi və bir sıra müəssisə və təşkilatlar olmaqla 31 obyektdə 38945 kvadratmetr sahədə dezinfeksiya işləri aparılmışdır.
    Gigiyena və Epidemiologiya Mərkəzi və onun yerli qurumlarında payız-qış mövsümündə işlərin fasiləsiz, ahəngdar fəaliyyəti üçün bütün şərait yaradılmışdır. Payız-qış mövsümündə infeksiyaların qarşısının alınması məqsədilə dezinfeksiya tədbirlərinin mütəmadi aparılması üçün kifayət qədər dezinfeksiyaedici ehtiyat yaradılmışdır. Muxtar respublikada sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunması, mövsümi xəstəliklərə qarşı tibbi maarifləndirmənin aparılması, aparılan nümunəvi, genişmiqyaslı dezinfeksiya işlərinin nəticəsidir ki, sanitar-epidemioloji vəziyyət sabitdir.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.09.2022 20:25