AZ EN RU

Tibbi aksiya keçirilib

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” tədbirləri çərçivəsində növbəti humanitar tibbi aksiya Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi publik hüquqi şəxsinin həkim heyəti tərəfindən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə olub.

Tibbi aksiya zamanı məktəbin 36 qadın işçisi arasında ginekoloji müayinələr aparılıb. Ultrasəs müayinəsindən keçirilən qadınlardan 1-də yumurtalığın kistası, 8-də klimakterik sindrom, 1-də  isə ikincili sonsuzluq aşkarlanaraq Doğum Mərkəzinə dəvət olunub.

Müayinələr zamanı Mərkəzin mütəxəssis ginekoloq həkimləri tərəfindən maariflədirici söhbətlər aparılıb, ailə planlaşdırılması və qadın sağlamlığı haqqında ətraflı məlumatlar verilib.

Nəşr edilib : 16.03.2023 11:49