AZ EN RU

Tibbi aksiya başa çatıb

Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 100-cü ilinə həsr olunmuş “100 il Yaşa” aksiyası bu gün yekunlaşıb.

Keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə keçirilən aksiyada terapevt, kardioloq, nevroloq, ginekoloq, pediatr, laborant, tibb bacısı və qrup rəhbəri olmaqla hər biri 8 nəfərdən ibarət 23 həkim qrupu tərəfindən muxtar respublikanın bütün bölgələrində vətəndaşların ümumi qan analizləri, USM və EKQ müayinələri də daxil olmaqla kütləvi müayinələr aparılıb. Müayinələrlə yanaşı, qrup rəhbərləri tərəfindən vətəndaş müraciətləri qeydə alınıb. Aksiyaya 184 səhiyyə işçisi və 16 ambulans  cəlb edilib.

 Aksiyada ümumilikdə, 5855 həkim müayinəsi, 1163 USM  müayinəsi aparılmış, 1629 ümumi qan analizi yoxlanılmış, 692 vətəndaş müraciəti  qeydə alınmışdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 25.01.2024 17:08