AZ EN RU

Test imtahanları başa çatıb

    Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin 5-7-ci təsnifatı üzrə vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanı başa çatıb. 
     Dövlət orqanları sırasında ən sıx müsabiqə vəziyyətinin yarandığı orqan Təhsil Nazirliyidir. Bu orqanda müvafiq vəzifələrin tutulması üçün müraciət etmiş 83 namizəd uğur qazanıb. Maliyyə Nazirliyinə müraciət edən namizədlərdən isə 41-i müsabiqədə uğurlu nəticə əldə edib. 
    Ayrı-ayrı vəzifələr üzrə ən sıx müsabiqə vəziyyəti Təhsil Nazirliyinin təqdim etdiyi Orta ixisas və peşə təhsili şöbəsində məsləhətçi vəzifəsi üzrə yaranıb – 31 namizəd. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi Uşaq problemləri şöbəsində məsləhətçi vəzifəsinin tutulması üçün isə 20 namizəd mübarizə aparacaq. 
    16-27 sentyabr tarixlərdə keçirilən test imtahanının nəticələrinə əsasən 692 namizəd imtahanlarda iştirak edib, 321 namizəd isə müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə sənəd qəbulu oktyabrın 28-nə qədər davam edəcək. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 11.10.2022 19:13