AZ EN RU

Test imtahanı keçirilib

Oktyabrın 8-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin B növünə aid olan BB və BA altqruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirib. İmtahanda, ümumilikdə 2079 namizəd iştirak edib.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 259 namizəd iştirak edib. 21 zalda təşkil edilən imtahanın idarə olunmasına 3 rəhbər, 25 nəzarətçi ayrılıb. İmtahan saat 11:00 da başlanıb və 3 saat davam edib. Namizədlərə 100 test tapşırığı təqdim olunub. İmtahanın rahat keçməsi üçün hər cür şərait yaradılıb.

 

Nəşr edilib : 08.10.2023 12:56