AZ EN RU

Test imtahanı keçirilib

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə işə qəbul üçün test imtahanı keçirib.
Naxçıvan şəhər 5 və 11 nömrəli tam orta məktəblərin binasında təşkil edilən imtahanda 354 namizəd iştirak edib.  İmtahanın idarə olunmasına  4 rəhbər, 33 nəzarətçi ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. Namizədə seçdiyi istiqamət üzrə 100 (95 qapalı və 5 açıq tipli)  test tapşırığı təqdim olunub. Hər bir sualın düzgün cavabı 1 (bir) balla qiymətləndirilir və səhv cavab düzgün cavabın nəticəsinə təsir göstərmir. 


Güntac Şahməmmədli

Nəşr edilib : 09.09.2023 13:13