AZ EN RU

Təsərrüfatçı Kəngərli rayonundakı hərbi hissəyə 10 ton kartof sovqatı göndərib

Naxçıvan Muxtar Respublikasında dövlət-xalq-ordu birliyinin daha bir nümunəsi hərbi hissələrə sovqatların aparılmasıdır. Çoxsaylı təsərrüfatçılar bu təşəbbüsə qoşularaq hərbi hissələrə öz təsərrüfatlarından meyvə-tərəvəz sovqatı verirlər.

Naxçıvan bürosu xəbər verir ki, Şərur rayon Sərxanlı kənd sakini Vəli Zamanov da Kəngərli rayonunda yerləşən hərbi hissəyə 10 ton kartof sovqatı göndərərək bu nəcib təşəbbüsə qoşulub.

Vəli Zamanov bildirib ki, bunu özünün vətəndaşlıq borcu hesab edir. Əsgərlərə mənəvi dəstək olmaq, onlara sovqatlar göndərmək xalq-ordu birliyini təcəssüm etdirən unikal ənənədir. Ona görə də bu ənənə bundan sonra da davam etdirilməlidir.

Nəşr edilib : 21.07.2022 12:42