AZ EN RU

Təsərrüfat sahibləri ilə görüş

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Sahbuz Rayon İcra Hakimiyyəti ilə birlikdə   Şahbuz rayon Badamlı kəndində heyvandarlıqla məşğul olan sahibkarların iştirakı ilə “Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının, yunun keyfiyyətinin yaxşılaşdırılmasına qoyulan zoogigiyenik tələblər” mövzularında seminar müşavirə keçirilib. Müşavirəni Sahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Arzu Əhmədov  açıb.
    Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev, Nazirliyin əməkdaşlarından Rasim Hacıyev və Umar Şükürlü çıxış ediblər.
    Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb.

 Naxçıvan Muxtar Respublikası Kənd 
Təsrrüfatı Nazirliyinin  mətbuat xidməti

Nəşr edilib : 02.02.2022 20:36