AZ EN RU

Tərtər sakini minaya düşüb

Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
"Şərq qapısı" "Report"a istinadən bildirir ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb.
Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.

Nəşr edilib : 04.02.2024 19:15