AZ EN RU

Tərtər rayon sakini minaya düşərək xəsarət alıb

Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayonun Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu partlayış nəticəsində ayağından xəsarət alıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

“Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq”, - deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Nəşr edilib : 05.11.2023 12:47