AZ EN RU

Tərbiyəçi müəllim və metodistlərlə görüş keçirilib

Cari ilin iyul  ayında ölkədə məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi müəllim və metodistlərinin bilik və bacarıqlarının yoxlanılması  üçün    diaqnostik qiymətləndirmə aparılacaq.
Diaqnostik qiymətləndirmədə Naxçıvan Muxtar Respublikasının məktəbəqədər  təhsil müəssisələrinin tərbiyəçi müəllim və metodistlərinin də iştirakı nəzərdə tutulur.
Mərkəzləşmiş qaydada  təşkil olunacaq diaqnostik qiymətləndirmə ilə bağlı muxtar respublikanın məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi müəllim və metodostlərlə görüş keçirilib.
GörüşdəAzərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Hüseyn Hüseynov iştirakçılara diaqnostik qiymətləndirmənin proqram çərçivə sənədi, imtahan qaydaları və təlimatla  bağlı ətraflı məlumat verib. Görüşdə mövzu ilə bağlı  videoçarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Nəşr edilib : 25.06.2024 20:03