AZ EN RU

Tennis üzrə muxtar respublika birinciliyi

    Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində ümumtəhsil məktəblərinin stolüstü tennis klubları arasında muxtar respublika birinciliyinin final mərhələsi keçirilib. Yarışda ilk mərhələni uğurla tamamlayan 7 komanda (2 qız, 2 oğlan məktəbli) iştirak edib. Qalib olimpiya sisteminə əsasən müəyyənləşib. Belə ki, “Şərur” birinciliyin qalibi olub. “Sədərək” və “Kəngərli” komandaları müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar. 
    İlk üçlükdəki komandalar diplomla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 26.01.2022 20:12