AZ EN RU

Təmizlik aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirliklərinin və Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Uzunoba su anbarının ətrafında təmizlik aksiyası keçirilib.

“Yaşıl dünya naminə həmrəy olaq” şüarı ilə keçirilən təmizlik aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar tullantıları su hövzəsinin kənarından toplayıb, ətrafda səliqə sahman yaradıblar.

Qeyd edək ki, təmizlik aksiyasında hər iki nazirliyin əməkdaşları, ictimai birliyin üzvləri və könüllülər iştirak ediblər.

Mütəmadi olaraq keçirilən təmizlik aksiyasının əsas məqsədi su hövzələrinin kənarlarında təmizliyə riayət olunmasını təbliğ etmək, ətraf mühitin mühafizəsinin önəmini ictimaiyyətin diqqətinə çatdırmaq və gəncləri ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdən ibarətdir.

Nəşr edilib : 31.05.2024 17:39