AZ EN RU

Təmizlik aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllülərin iştirakı ilə Naxçıvançay çayının ətraf ərazilərində təmizlik aksiyası keçirilib. 
Çayın Naxçıvan şəhərindən keçən hissəsində keçirilən aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar tullantıları ərazidən toplayıblar.
Mütəmadi olaraq keçirilən təmizlik aksiyasının əsas məqsədi su hövzələrinin kənarlarında təmizliyə riayət olunmasını təbliğ etmək, gənclərdə təbiətə məhəbbət hissini aşılamaq, ekoloji mədəniyyəti formalaşdırmaq, ətraf mühitin mühafizəsinin önəmini ictimaiyyətin diqqətinə çatdırmaq və gəncləri ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Nəşr edilib : 29.03.2024 14:39