AZ EN RU

"Təmiz ölkəm” yaşıllıq aksiyası keçirilib

Aprelin 19-da Naxçıvan Muxtar Respublikasının 100 illiyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında  yaşıllıq aksiyası təşkil edilib. Aksiyada Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin kollektivi, eyni zamanda ekologiya könüllüləri iştirak edib. 
Aksiya Penitensiar Xidmətin Naxçıvan-Sədərək magistral yolunun kənarında Böyükdüz kəndi ərazisində 10 hektar ərazini əhatə edib. İştirakçılar ərazini tullantılardan təmizləyib, ağac və bitkilərə aqrotexniki qulluq göstərib, ağacların dibləri alaq otlarından təmizlənib, yumşaldılıb və suvarılıb. 
Sonra ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çay süfrəsi arxasında aksiya iştirakçıları ilə səmimi söhbət edib, keçirilən aksiyanın məqsəd və əhəmiyyətini diqqətə çatdırıb.

Nəşr edilib : 20.04.2024 16:54