AZ EN RU

“Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı çərçivəsində reyd keçirib.

Polis əməkdaşları tərəfindən avtonəqliyyat vasitələrinin texniki sazlığı xüsusi cihazlarla yoxlanılıb, bu barədə mütəxəssisin iştirakı ilə maarifləndirici söhbətlər aparılıb. Ətrafa atılmış tullantılarda normadan artıq çirkləndirən avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Nəşr edilib : 21.05.2024 12:24