AZ EN RU

Təmir-bərpa işləri və abadlıq tədbirlərinin həyata keçirilməsi diqqət mərkəzindədir

    Azərbaycanda həyata keçirilən səmərəli iqtisadi siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib. Bütün sahələri əhatə edən çoxşaxəli islahatlar milli inkişafı şərtləndirən strateji amil olmaqla yanaşı, gələcək tərəqqi üçün də geniş perspektivlər yaradıb. Digər tərəfdən, ölkəmizin tərəqqisinə fundamental töhfələr verən amillərdən biri regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir.

    2023-cü ildə bu istiqamətdə həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər pozitiv qiymətləndirilir. Bu məqamda qeyd etmək lazımdır ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılır. Bölgələrdə quruculuq və təmir-bərpa işləri də uğurla davam etdirilir. Əminliklə söyləmək olar ki, tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi regionların simasını əsaslı dərəcədə dəyişdirib və bu proses davamlı xarakter daşıyır.  
     Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda istehsal müəssisələri, təhsil, səhiyyə və digər qurumlar üçün binaların  tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də belə tədbirlər sürətlə davam etdirilir, geniş və iri layihələr icra olunur. Yaxın günlərdə rayonun Axura  və Həmzəli kəndlərində yenidənqurma işləri tamamlanıb, sakinlərin istifadəsinə verilib. Hazırda Tənənəm kəndində yerləşən Süleyman pirinin təmiri aparılır. Kəndə gələn yol yenidən qurulur. Paralel olaraq su xətlərində olan problemlər aradan qaldırılır. 
- Ramiyyə ƏKBƏROVA 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 27.07.2023 20:13