AZ EN RU

Təmənnasız həkim köməyi

Muxtar respublikanın səhiyyə sahəsində bacarıqlı həkimlərimiz çoxdur. Onlardan biri də Culfa Rayon Mərkəzi Xəstəxanasında çalışan həkim-terapevt Vəli Məmmədovdur.

Olduqca çətin və şərəfli peşə ilə məşğul olan həkimlərimiz gecə-gündüz demədən insanların sağlamlıqlarının qayğısına qalır, çox vaxt təmənnasız köməkliklərini xəstələrdən əsirgəmirlər. Vəli həkim də ona pənah gətirən insanı yarı yolda qoymayan, xalqın həkimi funksiyasını layiqincə daşıyan həkimlərimizdən biridir.

Mayın 31-i axşam saatlarında məndə ürək nahiyəsi tərəfdə şiddətli ağrı yarandı. Ürəyim tez-tez çırpınır, nəfəsim daralırdı. Oğlum nəqədər yardım etməyə çalışsa da həkimin dəqiq diaqnozu insanda həmişə mənəvi rahatlıq yaradır. Culfa Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik.  Bizi yönləndirdilər daxili orqan və sistemlərin xəstəlik mexanizmlərinin diaqnozunu, müalicəsini və profilaktikası həyata keçirən həkim-terapevt Vəli Məmmədovun yanına. Vəli həkim öz işinin peşəkarı kimi mənim köməyimə çatdı. O, müayinə və müalicəsi prosesini təmənnasız həyata keçirdi. Vəli həkimə qəzetiniz vasitəsilə dərin minnətdarlığımı bildirirəm.

Sağlamlığımızın keşiyində ləyaqətlə dayanan dəyərli həkimləri qiymətləndirmək  bir vətəndaş kimi borcumuzdur.

Vəsilə MƏMMƏDOVA

Culfa rayon sakini

Nəşr edilib : 12.06.2023 15:59