AZ EN RU

Təlimlər başa çatıb

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi ilə birgə keçirdiyi 5 günlük təlimlər uğurla başa çatıb.
 Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaq hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsindən danışıb. 
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Yuvenal Ədliyyə Mərkəzinin rəhbəri Kəmalə Aşumova və Yuvenal Ədliyyə Mərkəzinin psixoloqu Gülşən Axundova muxtar respublikada uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təlim iştirakçılarının təlimlərdə maraqla iştirak edib, peşəkarlıqlarını artırdıqlarını qeyd edib.  
Təlimləri uğurla başa vuran dinləyicilərə sertifikatlar verilib, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təlimçi-ekspertlərə hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.

Nəşr edilib : 15.03.2024 21:41