AZ EN RU

Təlimlər aparılıb

    Muxtar respublikanın müxtəlif təşkilatlarından maliyyə və mühasibat işçiləri xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemində olan yeniliklərlə bağlı təlimlərə cəlb olunub.
    Bununla bağlı Maliyyə Tədris Mərkəzində keçirilən təlimdə sistemdə qurulan yeni modullar vasitəsilə ödəniş tapşırıqları sənədlərinin sistem üzərindən işlənilməsi qaydalarında olan dəyişikliklər, “Kassa xərclərinin sifarişi” sənədində olan yeniliklər və “Xərc cədvəli” modulu təlim iştirakçılarına praktik olaraq izah edilib.
    Nazirliyin əməkdaşı Vüsal Məmmədov tərəfindən geniş məlumat verilib, sistemdə aparılmış müvafiq dəyişiklik və yeniliklərin mahiyyəti iştirakçıların diqqətinə çatdırılıb. 
    Sonda nazirliyin Xəzinə, Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbələrinin əməkdaşları tərəfindən təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onların təkliflərinin növbəti sistem yenilənməsi zamanı nəzərə alınacağı bildirilib. 

Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.04.2022 18:34