AZ EN RU

Təlim-treninq təşkil edilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin  və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə ekstremal vəziyyətlərdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilinə dair təlim-treninq keçirilib. Xidmətin cəzaçəkmə müəssisələrində və Mühafizə Taburunda xidmət aparan əməkdaşlar üçün keçirilən təlim-treninq həkiməqədər ilkin tibbi yardım qaydalarının təşkilinə həsr olunub.
    Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov tədbirin məqsəd və prinsipləri barədə məlumat verib. 
    Səhiyyə Nazirliyi tərəfindən təhkim olunmuş həkimlər bildiriblər ki, hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır  fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.
    Sonra həkimlər əməkdaşlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi qaydalarını əyani şəkildə izah edib, suallara ətraflı aydınlıq gətiriblər.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.07.2023 20:50