AZ EN RU

Təlim-tədris müəssisələri dezinfeksiya edilib

    “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası  ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı sentyabrın 1-dən 10-dək muxtar respublikadakı bütün təlim-təhsil müəssisələrində tibbi-profilaktik tədbirlər həyata keçirilib. Belə ki, baş verə biləcək yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ali və orta ixtisas təhsili ocaqlarının, tam orta, uşaq musiqi, şahmat məktəblərinin və digər təlim-tədris müəssisələrinin həyətində, ətrafı və daxilində dərmanlama tədbirləri görülüb. Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 10 gün ərzində Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarını əhatə etməklə, ümumilikdə, 252 təlim-tədris müəssisəsi dezinfeksiya olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 12.09.2022 18:59