AZ EN RU

Təlim iştirakçılarına sertifikatlar verilib

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi ilə birgə keçirdiyi təlimlərdə 4 təlim proqramının ikisi uğurla başa çatıb.
Təlimlərdə iştirak edən polis, prokurorluq və ədliyyə (məhkəmə, icra və probasiya) işçilərinə, Ombudsman aparatının əməkdaşlarına və vəkillərə sertifikatlar verilib. Sertifikatları Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yuvenal Ədliyyə Mərkəzinin hüquqşünası, UNİCEF-in təlimçi-eksperti Rafiq Alışov, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Yuvenal Ədliyyə Mərkəzinin rəhbəri Kəmalə Aşumova təqdim edib.
Sonda xatirə şəkili çəkdirilib.

Nəşr edilib : 13.03.2024 10:08