AZ EN RU

Teleradioların yaradıcılıq işi təkmilləşdirilir

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən 2022-ci ilin iyul ayında muxtar respublikada fəaliyyət göstərən teleradioların monitorinqi aparılmış, fəaliyyətləri təhlil edilmiş, müəyyən nöqsanlar qeydə alınmışdır. Müşahidə edilən çatışmazlıqlar operativ şəkildə teleradiolara bildirilmiş və aradan qaldırılmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və sərəncamlarının, qəbul edilmiş Dövlət proqramlarının icrası teleradioların efirində operativ şəkildə işıqlandırılmışdır. 
    Hesabat dövründə Naxçıvan televiziyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərə həsr olunmuş 2 telematerial hazırlanmışdır. 
    İyul ayında televiziyada Dövlət proqramlarının icrası istər xəbər süjetləri, istərsə də verilişlər vasitəsilə işıqlandırılmışdır. İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə taxılçılığın inkişafı ilə bağlı müşavirə, iyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilmişdir. Növbəti günlərdə həm sessiyadan, həm də taxılçılıqla bağlı müşavirədən irəli gələn məsələlərlə bağlı mərkəzi icra hakimiyyəti orqanlarında kollegiya iclasları, şəhər və rayonlarda isə taxılçılığın inkişafı ilə bağlı müşavirələr keçirilmişdir. Kollegiya iclasları və müşavirələr Naxçıvan televiziyasında mütəmadi olaraq yayımlanmışdır. 
    İyul ayında verilişlərin növbəti 90 sayı efirə təqdim olunmuşdur. Televiziya muxtar respublikamızın müvafiq qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri yaratmış, müvafiq qurumların mətbuat xidmətləri və əməkdaşlarının iştirakı ilə veriliş və proqramlar yayımlanmış, təşkilatların fəaliyyətini, həmçinin rayon və kəndlərimizin sosial mənzərəsini əks etdirən xəbər materialları efirə təqdim edilmişdir. 
    Naxçıvan radiosu bəhs edilən dövrdə 487 saat efirdə olmuşdur. Ümumi efirin 42 faizi radionun öz istehsalı olan verilişlər, canlı proqramlar, xəbər buraxılışları, audioçarxlar, 58 faizi isə konsert proqramları və digər hazır materiallardan ibarət olmuşdur. Ümumilikdə, ay ərzində 93 veriliş və canlı proqram, 352 konsert proqramı təqdim edilmişdir. Həmin verilişlər muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən yeniliklər, ədəbi-bədii, xüsusi günlər, gənclik-idman, uşaqlar, səhiyyə, təhsil, hüquqi maarifləndirmə və digər mövzularla bağlı olmuşdur. İyul ayında Naxçıvan radiosunda yeni layihə – “Bir ocağın işığında” proqramı təqdim edilmişdir. 
    Şura tərəfindən “Kanal 35” televiziyasının efirinə nəzarət edilmişdir. Şura öz işini televiziyanın yaradıcı və texniki əməkdaşlarına yaradıcı dəstək şəraitində təşkil etmişdir. Hər ay olduğu kimi, iyul ayında da müşahidə edilən bəzi çatışmazlıq televiziyaya bildirilmiş, yaradıcı işlə bağlı təkliflər diqqətə çatdırılmışdır. Qeyd edək ki, “Kanal 35” televiziyasının yayım vaxtına dəyişiklik edilmişdir. İyul ayının 5-dən etibarən televiziya saat 1400-da efir fəaliyyətinə başlayıb, saat 2200-da isə yayımını dayandırır. 
    Bəhs edilən dövrdə “Naxçıvanın səsi” radiosu 488 saat efirdə olmuş və efir müddətinin 102 saatını canlı yayım proqramları təşkil etmişdir. Ümumilikdə, ay ərzində canlı proqram və verilişlər efirin 24,3 faizini təşkil etmişdir. Ay ərzində radio iki xüsusi verilişlə dinləyicilərin qonağı olmuşdur. 
    Naxçıvan Dövlət Universitetinin televiziyası və “Nuhçıxan” radiosu iyul ayında 5 gün yayımlanmış, 2022-ci il tarixdə dərs ilinin ikinci yarısı bitdiyindən televiziyanın yayımı muxtar respublika ərazisində müvəqqəti olaraq dayandırılmışdır. “Kanal 35” televiziyasındakı yayım vaxtında dəyişikliklə əlaqədar olaraq eyni paraleldə yayımlanan Universitet televiziyası saat 1000-da efirə başlamış, saat 1330-da efir yayımını yekunlaşdırmışdır. 
    Hesabat dövründə şura tərəfindən Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əldə edilən nailiyyətlər, burada aparılan infrastruktur quruculuğu ilə bağlı mərkəzi mətbuat orqanları üçün 2-si Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinin, 21-i digər mətbuat xidmətlərinin materialları olmaqla, 61 xəbər, 2 müsahibə, 2 analitik material, 3 fotoreportaj, 2 reportaj, ümumilikdə, 342 şəkillə verilmişdir.
    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən 2022-ci ilin iyul ayı ərzində sosial şəbəkələrdə 292 linkdə 364 şəkil, video və xəbər paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası

Nəşr edilib : 10.08.2022 18:51