AZ EN RU

Teleradiolarda peşəkarlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən 2022-ci ilin dekabr ayında muxtar respublikada fəaliyyət göstərən teleradioların monitorinqi aparılmış, fəaliyyətləri təhlil edilmiş, müəyyən  nöqsanlar qeydə alınmışdır. Müşahidə edilən nöqsanlar operativ şəkildə teleradiolara bildirilmiş və aradan qaldırılmışdır.
    Hesabat dövründə Naxçıvan Televiziyasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin iştirak etdiyi tədbirlərlə və REAL TV-yə müsahibəsi ilə bağlı, ümumilikdə, 5 telematerial hazırlanmışdır. Dekabr ayında verilişlərin növbəti 95 sayı efirə təqdim olunmuşdur.         Naxçıvan radiosu dekabr ayı ərzində günün aktual mövzularını diqqət mərkəzində saxlamış, proqram siyasətini gündəmə uyğun qurmuşdur. Bəhs edilən dövrdə radio 488 saat efirdə olmuşdur. Ümumi efirin 41,3 faizini radionun öz istehsalı olan verilişlər, canlı proqramlar, xəbər buraxılışları, audioçarxlar, 58,7 faizini isə konsert proqramları və digər hazır materiallar təşkil etmişdir.
    Hesabat dövründə “Kanal 35” televiziyasının efirinə nəzarət olunmuş, şura işini televiziyanın yaradıcı və texniki əməkdaşlarına dəstək şəraitində təşkil etmişdir. Dekabr ayının 5-də “Kanal 35” televiziyasında texniki baxış keçirilmişdir. Profilaktika ilə əlaqədar şura əməkdaşı televiziyada yayım avadanlıqlarının sazlığının yoxlanılması prosesində iştirak etmiş, televiziyanın arxiv işinin təşkili zamanı burada həyata keçirilən profilaktik işlərlə tanış olmuşdur. 
    Dekabr ayında “Naxçıvanın səsi” radiosunda “Təhsilə dair”, “Şagirdlə efir vaxtı”, “Laləli dəqiqələr”, “İdman saatı”, “Sizin səsiniz”, “Salam Naxçıvan”, “Şənbə söhbətləri”, “Günellə hüququnu bil”, “Həyatın içindən”, “Müəllimlər otağı”, “Ailə və uşaq”, “Müzakirə vaxtı”, “Gənc bizik”, “Retro saatı”, “Günayla günaydın” proqramları efirə yayımlanmışdır. 
    Naxçıvan Dövlət Universiteti televiziyasının fəaliyyəti izlənilmiş, yol verilmiş nöqsanlar diqqətə çatdırılmışdır.Televiziyanın öz istehsalı olan verilişlər “Açıq dərs” başlığı ilə təqdim edilmişdir. 
    “Nuhçıxan” radiosunda dekabr ayında “Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının Azərbaycan Respublikasının milli iqtisadi prioritetlərindəki rolu” adlı elmi yanaşmanı diqqət mərkəzində saxlayan proqramlar yayımlanmışdır. 

Naxçıvan Muxtar Respublikası 
Televiziya və Radio Şurası

Nəşr edilib : 11.01.2023 19:28