AZ EN RU

Teleradiolarda peşəkarlıq fəaliyyətinə nəzarət edilir

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası mart ayında muxtar respublikanın teleradiolarının fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Tədbirlər planlarından və Dövlət pro­qramlarından irəli gələn vəzifələrin icrasını diqqətdə saxlamışdır. 
    Naxçıvan televiziyasında Ali Məclis Sədrinin iştirak etdiyi tədbirlərə həsr olunmuş 5 telematerial hazırlanmışdır. Muxtar respublikamızda mart ayı Novruz bayramı ilə əlaqədar keçirilən tədbirlərlə yaddaqalan olmuşdur. 
    2022-ci ilin ölkəmizdə “Şuşa ili”, Naxçıvan Muxtar Respublikasında isə “Sənaye ili” elan edilməsi Naxçıvan radiosunun əməkdaşlarının diqqət mərkəzində saxlamış, bu sahədə müxtəlif verilişlər hazırlanaraq efirə təqdim edilmişdir. 
    “Kanal 35” televiziyası fəaliyyətini təhsil profilli verilişlərin yayımı üzrə davam etdirmiş, televiziyada məktəblilərin bilik və bacarığının artırılması məqsədilə ay ərzin­də 74 “Dərs vaxtı”, 4 “Rəng­lərin dünyası”, 46 “Təkrar edək” adlı qısametrajlı çarx hazırlanaraq efirə yayımlanmışdır. “Naxçıvanın səsi” radiosu ötən ay 488 saat efirdə olmuş və efir müddətinin 151 saatını canlı yayım proqramları təşkil etmişdir. 
    Universitet televiziyası mart ayında öz yayım fəaliyyətini davam etdirmiş, şuranın verdiyi təklif və tövsiyələr ilə yayım istiqamətini tənzimləmişdir. Universitetin “Nuhçıxan” radiosu televiziyada təqdim edilən veriliş və materialların radio variantını hazırlayaraq efirə yayımlamışdır. Şura radio efirində universitetdə sosial, idman və digər sahələrdə uğur qazanmış tələbələrdən bəhs edən radioverilişlərin hazırlanmasını dinləyici kütləsinin artmasına xidmət edəcəyini proqnozlaşdırmışdır. 
    Hesabat dövründə şura tərəfindən Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əldə edilən nailiyyətlər, burada aparılan infra­struktur quruculuğu ilə bağlı mərkəzi mətbuat orqanları üçün 65-i mətbuat xidmətlərinin materialları olmaqla, 131 xəbər, 3 müsahibə, 3 analitik material, 1 fotoreportaj, ümumilikdə, 547 şəkillə verilmiş, 4 videosüjet yayımlanmışdır. 

  Naxçıvan Muxtar Respublikası  Televiziya və Radio Şurası

Nəşr edilib : 20.04.2022 18:40