AZ EN RU

Teleradio jurnalistikasının inkişafı diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası muxtar respublikanın teleradiolarının fəaliyyətini yanvar ayında da izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolar tərəfindən icrasını diqqətdə saxlamışdır. 
    Naxçıvan radiosu ay ərzində 487 saat efirdə olmuşdur. Ümumi efirin 39 faizini radionun öz istehsalı olan verilişlər, canlı proqramlar, xəbər buraxılışları, audioçarxlar, 61 faizini isə konsert proqramları və digər hazır materiallar təşkil etmişdir. Ay ərzində radionun proqram siyasətində bir sıra dəyişikliklər olunmuş, “Arzular-istəklər” canlı proqramı, ümumiyyətlə, proqramdan çıxarılmış, “Nahar vaxtı” proqramının efir vaxtı bir saata endirilmişdir. Ay ərzində radioda bəzi yeni layihələr təqdim edilməyə başlanılmışdır. Naxçıvan Radiosunun fəaliyyətə başlamasının 90 illiyi münasibətilə “90 ilin səsi” verilişi hazırlanaraq efirə təqdim olunmuşdur. 
    “Kanal 35” Televiziyası bəhs olunan dövrdə 91 dərs vaxtı efirə yayımlanmış, yerli istehsal olan 18 film efirə təqdim olunmuşdur. 
    “Naxçıvanın səsi” Radiosunun da efiri izlənilmiş, təqdim edilən konsert proqramları və canlı verilişlərin təhlili aparılmışdır. Bəhs edilən dövrdə “Naxçıvanın səsi” 488 saat efirdə olmuş və efir müddətinin 145 saatını canlı yayım proqramları təşkil etmişdir. 
    Şura Universitet televiziyasının efir fəaliyyətini diqqətdə saxlamış, şura əməkdaşı  televiziyada olmuş, əməkdaşlarla çatışmazlıqlar haqqında fikir mübadiləsi aparmışdır.  
    Universitetin “Nuhçıxan” radiosunda “Xəbərlər” proqramı ilə yanaşı, universitet həyatından bəhs edən radio verilişlər də efirə yayımlanmaqdadır. 

     Naxçıvan Muxtar Respublikası  Televiziya və Radio Şurası

Nəşr edilib : 18.02.2022 21:33