AZ EN RU

Tələbələrlə dostluq görüşü

    Naxçıvan şəhərində İqdır Universiteti və Naxçıvan Dövlət Universitetinin basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan görüşün nəticələrinə əsasən, qarşılaşma Naxçıvan Dövlət Universiteti tələbələrinin 57:46 hesablı üstünlüyü ilə yekunlaşıb. 
    Oyundan sonra Naxçıvan Basketbol Federasiyasının sədri Elbrus İsayev ənənəviləşməyə doğru gedən İqdır Universiteti-Naxçıvan Dövlət Universiteti yoldaşlıq görüşlərinin əhəmiyyətindən bəhs edib. Gözəl oyuna görə hər iki komandaya təşəkkür edən Elbrus İsayev qalib komandaya ayrılmış kuboku qonağa hörmət əlaməti olaraq qardaş ölkə təmsilçilərinə təqdim edib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 07.06.2022 18:33