AZ EN RU

Tələbələrin təcrübə prosesi davam edir

    Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin bir sıra ali məktəbləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq Tibb fakültəsinin tələbələri, 12 nəfər həkim və müəllimi olmaqla, ümumilikdə, 107 nəfərdən ibarət heyəti qardaş ölkədə təcrübə məşğələlərinə başlayıb.
    Qeyd edək ki, tələbə və rezidentlər Türkiyənin Ankara, Qazi, İstanbul Yeditəpə, Trabzon Qaradəniz Texnik universitetlərinin klinikalarında təcrübələrə qatılıblar. Təcrübə heyəti Tibb, Stomatologiya, Əczaçılıq, Psixologiya, Müalicə işi, İctimai səhiyyə, Hərbi tibb, Tibbi profilaktika ixtisasları üzrə təcrübələrdə, müxtəlif əməliyyatlarda, analizlərin aparılmasında, xəstə müayinələrində izləyici, aktiv iştirakçı və assistent kimi iştirak edir, seminar və assistentlərin toplantısına qatılırlar. Təcrübələrdə tələbələr təcili tibbi yardım, daxili xəstəliklər, doğum, ümumi, robotik, neyro, ağız və üz-çənə cərrahiyyələri, əczaçılıq laboratoriyası texnologiyaları və bir çox digər sahələri peşəkar mütəxəssislərdən mənimsəyirlər.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 18.07.2023 19:08