AZ EN RU

Tələbələrin istehsalat təcrübəsi başa çatıb - Foto

    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Dövlət Universitetinin Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün xidmətin bazasında təşkil olunan istehsalat təcrübəsi başa çatıb.
    Yekun tədbirdə xidmətin rəisi Müslüm Cabbarzadə Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası, hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması istiqamətində görülmüş işlərdən bəhs edib. 
    Xidmətin tabeliyində olan “Yerquruluşu və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Əliyevin, Naxçıvan Dövlət Universitetinin Meliorasiya və geodeziya kafedrasının müəllimi Akim Axundovun və Geodeziya və xəritəçilik mühəndisliyi ixtisasının IV kurs tələbəsi Kamil Cəfərlinin çıxışları dinlənilib. Sonda təcrübə keçən tələbələrə sertifikatlar təqdim olunub.
    Qeyd edək ki, istehsalat təcrübəsi zamanı tələbələrə xidmətin fəaliyyəti ilə bağlı geniş məlumat verilib, peşəkar mütəxəssislər tərəfindən ArcGIS proqramından istifadə etməklə müxtəlif məzmunlu və təyinatlı xəritələrin hazırlanması, kameral şəraitdə kosmik şəkillərdən, ortofotolardan və digər məlumatlardan istifadə qaydaları, müasir geodeziya avadanlıqları vasitəsilə obyektlərin və torpaq sahələrinin ölçülməsi, sxematik planların hazırlanması ilə bağlı praktik məsələlərin həlli öyrədilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi 

Nəşr edilib : 03.06.2022 19:33