AZ EN RU

Tələbələrin basketbol birinciliyi yekunlaşıb

    Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında basketbol üzrə muxtar respublika birinciliyinə final qarşılaşması ilə yekun vurulub. Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində keçirilən yarışın həlledici qarşılaşmasında eyni təhsil müəssisəsini təmsil edən komandalar meydanda olub. Türkiyəli tələbələrdən ibarət “NDU-1” ilə yerli tələbələrdən ibarət “NDU-2” arasındakı görüşün nəticəsi qalibi müəyyən edib. Daha üstün təsir bağışlayan tərəf – universitetin birinci komandası yekun nəticədə 48:35 hesablı qələbə ilə birinci olub. “Naxçıvan” Universitetinin komandası üçüncü yerə sahib çıxıb. 
    İlk üçlükdəki komandalara diplom və kubok təqdim olunub.    
    Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışda 7 komanda “play-off” əsasında mübarizə aparıb.

 Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.12.2022 18:43