AZ EN RU

"Tələbələrdə ekoloji dünyagörüşün formalaşdırılması" adlı maarifləndirici tədbir keçirilib

Naxçıvan Dövlət Universiteti və "Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Tələbələrdə ekoloji dünyagörüşün formalaşdırılması" adlı tədbir keçirilib. 

Tədbirdə çıxış edən birliyin həmtəsisçisi, Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, Naxçıvan Dövlət Universitetinin doktorantı Aytən Kərimova yeni yaradılmış birliyin məqsədi və gələcək fəaliyyət istiqamətləri haqqında tələbələrə ətraflı məlumat verib. 

Bildirib ki, təbiətin qorunması, mühafizə olunması hər birimizin borcudur. Hər bir vətəndaş torpağın, flora və faunanın, suyun, havanın qədrini bilməli, onları qorumalıdır.

Daha sonra təlimçilər - Naxçıvan Dövlət Universitetinin coğrafiya kafedrasının müdiri,  pedaqogika üzrə fəlsəfə doktoru,  dosent Elnarə Seyidova və Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialının Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin aparıcı mütəxəssisi Çingiz Ağayev "Naxçıvan Muxtar Respublikasının müasir ekoloji problemləri və onlara qarşı mübarizə tədbirləri" və "Suyu qoru gələcəyi qoru!" adlı təlimlər keçib. 

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

Nəşr edilib : 08.05.2024 14:14