AZ EN RU

Tələbələr üçün seminar keçirilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələri üçün “Vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarənin rolu” mövzusunda seminar təşkil edilib.
      Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının diqqətdə saxlanıldığı, həmin Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində işlərin davam etdirildiyi nəzərə çatdırılıb. 
    Qeyd edilib ki, Ali Məclisin Sədri tərəfindən imzalanan bu Sərəncam muxtar respublikanın ali və orta ixtisas məktəblərində təhsil alanların gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına  göstərilən diqqət və qayğının bariz nümunəsidir. Çıxışlarda  muxtar respublikada yerli özünüidarəetmə orqanlarına göstərilən dövlət dəstəyindən bəhs olunub, bu orqanların səlahiyyətlərinin qanunla necə tənzimlənməsi barədə tələbələrə ətraflı  məlumat verilib.
    Seminarda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.10.2022 20:12