AZ EN RU

Tələbələr Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində yaradılan şəraitlə tanış olublar

    Naxçıvan Dövlət Universitetinin Baytarlıq ixtisası üzrə təhsil alan  I kurs tələbələri ilə Dövlət Baytarlıq Xidmətində görüş keçirilib.
    Keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov çıxış edərək muxtar respublikada biotəhlükəsizliyin qorunması, xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə xidmətin vaksin və bioloji preparatlarla təchiz olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktika məqsədilə peyvəndləmə, dezinfeksiya işləri aparılır, epizootiya əleyhinə ardıcıl tədbirlər həyata keçirilir. Həmin tədbirlər nəticəsində hazırda muxtar respublikada epizootik vəziyyət sabitdir. Bütün bunlar baytarlıq sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir. 
    Ali təhsil müəssisəsinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədov çıxışında qeyd edib ki, tələbələrin mütəmadi olaraq xidmətdə təcrübə keçmələri onların gələcəkdə peşəkar kadr kimi yetişmələrinə əsaslı zəmin yaradır. 
    Sonra tələbələr xidmətdə onlar üçün yaradılan, tədris üçün müəyyən edilən  sinif otaqları, mövcud ləvazimatlar, laboratoriyalar ilə tanış olublar.

 Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 24.10.2022 20:25