AZ EN RU

Tələbələr istehsalat təcrübəsinə başlayıblar

    “Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin III kurs tələbələrinin 2021-2022-ci tədris ilinin II yarımilində keçəcəkləri istehsalat təcrübəsinə həsr edilmiş konfrans keçirilib.
    Konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq ali təhsil prosesində qazanılan nəzəri bilikləri istehsalat təcrübəsində möhkəmləndirmək və dərinləşdirmək prosesində tələbələrə uğurlar arzu edib.
    Konfransda “Naxçıvan” Univeristetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun, İqtisadiyyat kafedrasının müdiri, dosent Həsən Məmmədovun və İdarəetmə kafedrasının müdiri, dosent İradə Bağırovanın çıxışları dinlənilib. Qeyd olunub ki, 120 tələbə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində, Dövlət Vergi Xidmətində, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində, Turizm Departamentində, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsində7-8 həftəlik təcrübə keçəcəklər.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 08.04.2022 19:01