AZ EN RU

Tələbələr Əlincə qalasına yürüş ediblər - FOTOLAR

"Naxçıvan" Universitetinin tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Culfa rayonu ərazisində yerləşən Əlincə qalasına yürüş ediblər. 

Yürüş zamanı tələbələr əvvəlcə "Əlincəqala" Tarix-Mədəniyyət muzeyini ziyarət edərək qalanın tarixi, strateji əhəmiyyəti və eksponatlarla tanış olublar.

Yürüş iştirakçıları sonra qalanın zirvəsinə doğru irəliləyiblər. Kollektiv tarixi qalanın zirvəsində Azərbaycan və qardaş Türkiyənin bayraqlarını dalğalandırıb, xatirə şəkli çəkdiriblər.

Nəşr edilib : 12.03.2023 15:00