AZ EN RU

Tələbə-gənclərin intellekt mübarizəsi

    10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondunun birgə Tədbirlər Planına uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinin yerli və əcnəbi tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
    Naxçıvan şəhərindəki Gənclər Mərkəzində reallaşan bilik yarışında 5 komanda olmaqla, ümumilikdə, 30 tələbə iştirak edib.
   Qaydalara əsasən 2 turdan ibarət yarışmada iştirakçılar üçün müxtəlif mövzularda 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib.
    Yarışda Naxçıvan Müəllimlər İnstitutunun komandası qalib olub. Naxçıvan Dövlət Universiteti ikinci, “Naxçıvan” Universiteti isə üçüncü pillədə qərarlaşıb.
    Qeyd edək ki, adıçəkilən komandalar noyabrın 17-də keçiriləcək yekun tədbirdə mükafatlandırılacaqlar.

Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.11.2022 19:45