AZ EN RU

Təhsilini başa vuran ixtisaslı həkimlərlə görüş olub

    Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Samiq Sadıxovun təhsilini başa vuran ixtisaslı həkimlərlə görüşü olub.
    Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə birlikdə ixtisaslı həkimlərlə görüşündə Samiq Sadıxov Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində aparılan islahatlar və əldə olunan nəticələr barədə auditoriyaya məlumat verib. O vurğulayıb ki, Naxçıvanın sürətlə inkişaf edən səhiyyə sistemində müasir texnologiyalardan istifadə edə biləcək təhsilli kadrlara ehtiyac var.
   Görüş zamanı həkimlər Naxçıvandakı iş imkanları ilə tanış edilib və onların sualları cavablandırılıb. Həkim rezidentlərin marağına səbəb olan görüşdə, həmçinin Naxçıvanda yerləşən tibb müəssisələri haqqında hazırlanan videoçarx da nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.10.2023 20:53