AZ EN RU

Təhsilini başa vuran ixtisaslı həkimlərlə görüş olub

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Samiq Sadıxovun təhsilini başa vuran ixtisaslı həkimlərlə görüşü olub.
Azərbaycan Tibb Universitetin rektoru Gəray Gəraybəyli ilə birlikdə ixtisaslı həkimlərlə görüşündə S.Sadıxov Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində aparılan islahatlar və əldə olunan nəticələr barədə auditoriyaya məlumat verib. O vurğulayıb ki, Naxçıvanın sürətlə inkişaf edən səhiyyə sistemində yeni nəfəslərə və müasir texnologiyalardan istifadə edə biləcək təhsilli kadrlara ehtiyac var.
Görüş zamanı həkimlər Naxçıvandakı iş imkanları ilə tanış edilib və onların sualları cavablandırılıb. Həkim rezidentlərin marağına səbəb olan görüşdə, həmçinin, Naxçıvanda yerləşən tibb müəssələri haqqında hazırlanan videoçarx da nümayiş etdirilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 30.09.2023 15:20