AZ EN RU

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Naxçıvan” Universitetində təlim keçir

    “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında təhsil və təlim müəssisələrində, təhsil fəaliyyəti ilə məşğul olan elmi müəssisələrdə keyfiyyətin daxili təminatı sisteminin yaradılması, keyfiyyətin qiymətləndirilməsi meyarlarının mövcud olması üçün “Naxçıvan” Universitetində daxili keyfiyyət təminatı sisteminin qurulması üçün Keyfiyyət Təminatı Mərkəzi yaradılıb. Rektorluğun 15 sentyabr 2021-ci il tarixli əmri ilə Tədris Metodik Mərkəzin Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsi, həmçinin “ERASMUS+EQAC” layihəsi çərçivəsində yaradılan mərkəz ləğv olunaraq, onların əsasında universitetdə Keyfiyyət Təminatı Mərkəzi yaradılıb. 
    Keyfiyyət Təminatı Mərkəzi “Naxçıvan” Universitetinin keyfiyyət təminatına və inkişafına yönəlmiş strategiyaların, siyasətlərin və prosedurların formalaşdırılmasına, nəzərdən keçirilməsinə və icrasına, eləcə də keyfiyyət mədəniyyətinin təmin olunmasına dəstəyi həyata keçirir.
    Bu münasibətlə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Naxçıvan” Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən TKTA-nın peşəkar eksperti,  Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov tərəfindən 6 aprel tarixdən ali təhsil ocağının əməkdaşlarına Xarici Keyfiyyət Təminatına dair 3 günlük təlimə başlanılıb. 

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

Nəşr edilib : 07.04.2022 19:54